- Baxış sayı: 67
- 21 May 2026 14:00
- Baxış sayı: 111
- May 26, 2026
- 0

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğrultmaqdadırlar.
Allsport.az xəbər verir ki, U-15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində finaladək irəliləyərək minimum gümüş mükafatı təmin ediblər. Quluzadə – Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.
Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.