- Baxış sayı: 50
- 01 Oktyabr 2026 14:52
- Baxış sayı: 93
- Oktyabr 01, 2026
- 0

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara hazırlığı davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, daha 6 idmançı bu məqsədlə bu gün Çin Xalq Respublikasına yola düşüb.
Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcək.
İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək Avrasiya liqasına qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.