- Baxış sayı: 51
- 09 Oktyabr 2026 15:42
- Baxış sayı: 266
- Oktyabr 08, 2026
- 0

Stolüstü tennisçilər Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar. Allsport.az saytı xəbər verir ki, Daşkənddə təşkil olunan “VTT gənc müsabiqəçi” turnirində 1 gümüş və 2 bürünc mükafata yiyələnən millimizin növbəti sınağı Andican şəhərindədir. Burada bu ölkənin məşhur stolüstü tennisçisi Rafiq Şiriyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək.
Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda mübarizə aparacaq.
Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.