Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb

Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb

Allsport.az saytı xəbər verir ki, “Şüa” idman kompleksində keçirilən yarışda paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb. Nəticələrə əsasən, U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. U-15 yaş qrupunda Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Qoşa yarışlarda Adil Əhmədzadə – Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə – Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütü isə U-15 yaş qrupunda birinci yeri tutub.

Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata layiq görülüb.

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib.

Həmin kateqoriyadan