“Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

“Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Yeniyetmələrin IV yay olimpiya oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Adil Kazımlı gümüş medal qazanıb.  

Allsport.az xəbər verir ki, yarışdan sonra təəssüratlarını bölüşən Adil Kazımlı təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb:

“Yarış çox mükəmməl təşkil olunmuşdu. Məqsədim qızıl medal qazanmaq idi, lakin bu dəfə gümüş medal nəsib oldu. Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

İdmançı turnir ərzində keçirdiyi ən çətin qarşılaşmanın Tunis təmsilçisinə qarşı olduğunu bildirib. 3 raund davam edən gərgin mübarizənin son saniyələrində üstünlük əldə edərək vacib qələbə qazandığını qeyd edib. 

Həmin kateqoriyadan