- Baxış sayı: 7
- 12 Noyabr 2026 13:44
- Baxış sayı: 367
- Noyabr 09, 2026
- 0

Çex Respublikası millisinin baş məşqçisi Santi Deniya Lamin Yamalın sabah keçiriləcək millətlər liqası matçında iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.
Allsport.az xəbər verir ki, o, azarkeşlərin ispaniyalı futbolçu üçün bu görüşə bilet aldıqlarını vurğulayıb:
“Biz Laminin oynamasını istəyirdik, amma buna təsir edə bilmərik. İnsanlar Yamala baxmaq üçün bilet alırlar. Görək, İspaniya hansı heyətlə meydana çıxacaq və biz hansı futbolçulardan istifadə edə biləcəyik. Əsas odur ki, komandamızda zədəli futbolçu yoxdur. İspaniya millisindəki hər kəsi tanıyıram və onları görmək xoşdur. Amma oyun başlayanda hər şeyi unudursan. Ümid edirəm ki, bizimlə matçdan sonra da qələbə qazanmağa davam edəcəklər. Təəssüf ki, onların qələbə seriyasını dayandırmalı olacağıq”.