- Baxış sayı: 44
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Araz-Naxçıvan” premyer liqanın XI turunda səfərdə “Şəfa” ilə 2:2 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Yuri Maksimov bunu deyib:
“Hər iki komanda “döyüşdü”. Heyətimizdə itkilər var idi. Zədəli futbolçularımızın çox olması heyət qurmaqda çətinlik yaratdı. Oyunun heç-heçə başa çatmasına rəğmən razı qaldım. Hər dəfə öz səhvlərimizdən sadə qollar buraxırıq. Ehtiyat skamyamız kasad olduğuna görə dəyişiklik edə bilmədik. Qarşıda iki həftəlik fasilə var və ümid edirik ki, zədəli futbolçularımız sağalıb bizə qoşulacaq. Bu arada Azərbaycan xalqını “Zəfər günü” münasibəti ilə təbrik edirəm. Hazırda Ukraynada müharibə davam edir və bunun nə demək olduğunu yaxşı bilirəm”.