“Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin”

“Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İraqın müvafiq yaş qrupundan ibarət komandasına 2:1 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rui Jorje oyundan sonra bunu deyib:

“Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi. Çox gözəl stadionda oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik. Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər. Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.

Xatırladaq ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOKAR Polymer arena”da baş tutan ilk oyun 0:0 hesablı heç-heçə başa çatıb.

Həmin kateqoriyadan