AAF-ın nümayəndəsi beynəlxalq seminarda

AAF-ın nümayəndəsi beynəlxalq seminarda

Azərbaycan atletika federasiyasının nümayəndəsi Ayxan Xəkili İsveçrədə keçirilən beynəlxalq seminarda iştirak edib.

Allsport.az xəbər verir ki,tədbirə dünya atletikası və dünya gimnastikasının nümayəndələri də daxil olmaqla, beynəlxalq idman qurumlarının təmsilçiləri qatılıblar.

Seminarın əsas məqsədi idmanda təhlükəsiz mühitin yaradılması, idmançıların hüquqlarının qorunması və təhlükəsiz idman prinsiplərinin təşviqi istiqamətində təcrübə mübadiləsi aparmaq olub.

Həmin kateqoriyadan