- Baxış sayı: 52
- 10 Noyabr 2026 22:07
- Baxış sayı: 307
- Noyabr 09, 2026
- 0

“Sabah” FİBA çempionlar liqasının dördüncü turunda “Trabzonspor”u doğma meydanda darmadağın edib – 91:72.
Allsport.az xəbər verir ki, mətbuat konfransında “bayquşlar”ın baş məşqçisi Lazar Spasiç bunu deyib:
“Bütün komanda heyətinə təşəkkür edirəm və vurğulamaq istəyirəm ki, biz çox ciddi, iradəli və qələbəyə davamlı komandayıq. Düşünürəm ki, bizə dəstək olan bütün ölkə bu qələbəmizlə fəxr edə bilər. Azərbaycan üçün əlamətdar olan xüsusi günlərdə qələbə qazanmaq möhtəşəm hissdir. Böyük işlər görürük və bu yolda davam edəcəyik. Bu qələbə bizim üçün inanılmaz duyğular yaradır”.