- Baxış sayı: 15
- 15 Noyabr 2026 13:41
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimi zamanı milli olimpiya komitəsinin (MOK) xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların yekunları və idmançılarımızın çıxışları ilə bağlı fikirlərini bildirib:
“On üç yeniyetmə idmançı ilə təmsil olunan Azərbaycan komandası bu yarışı 6 – 3 qızıl və 3 gümüş medalla başa vurdu. Nəzərə alsaq ki, bu oyunlarda belə rəqabətli şəraitdə mübarizə aparmaq olduqca çətindir, lakin idmançılarımız bu sınaqdan da uğurla çıxdılar. Medal qazanan 6 idmançımızdan başqa, digər təmsilçilərimiz də yüksək əzmkarlıq nümayiş etdirdilər.
Ümumilikdə götürdükdə, çətin şəraitdə və gərgin rəqabət mühitində keçən yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”.