- Baxış sayı: 36
- 11 Noyabr 2026 23:49
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0

Simone İnzaqi “Əl-Hilal”dan ayrılmaq qərarı verib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanı klubu ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsini uzatmağı planlaşdırmır.
50 yaşlı məşqçi mövsümə 26 milyon avro qazanmasına baxmayaraq, belə bir qərar verib.
İnzaqi 2025-ci ilin yayından bəri “Əl-Hilal”a rəhbərlik edir. Komanda ötən mövsüm liqada ikinci yeri tutub. “Əl-Hilal” cari mövsümdə isə 11 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Komanda “Əl-Qadisiyyə” və “Əl-Nəsr”i 2 xal qabaqlayır.