- Baxış sayı: 56
- 09 Noyabr 2026 22:45
- Baxış sayı: 284
- Noyabr 09, 2026
- 0

Azərbaycan idmançısı Səlin Tağızadə Avstriyada keçirilən “MEİSTERSCHAFT kids 2026” beynəlxalq yarışında iştirak edib.
Allsport.az xəbər verir ki, noyabrın 7-8-də Qraz şəhərində təşkil olunan idman dırmanmasının boulderinq növü üzrə yarışda 20 ölkədən 360 idmançı mübarizə aparıb. Azərbaycan turnirdə ilk dəfə təmsil olunub.
“Shusha Climbers” klubunun üzvü olan 6 yaşlı Səlin U-9 yaş kateqoriyasında 2 top və 4 zona nəticəsi göstərib. O, bu göstərici ilə Avstriya və Bolqarıstan təmsilçilərini qabaqlayıb.
Yarışın sonunda idmançımıza iştirakçı sertifikatı təqdim edilib. Bu, Səlinin beynəlxalq arenada ilk yarış təcrübəsi olub.