- Baxış sayı: 67
- 26 Noyabr 2026 10:57
- Baxış sayı: 152
- Noyabr 26, 2026
- 0

“Arsenal”ın əsas qapıçısı David Raya İngiltərə premyer liqasının “Mançester Siti” ilə keçiriləcək qarşılaşmasında meydana çıxa bilər.
Allsport.az xəbər verir ki, 31 yaşlı ispaniyalı qolkiperin noyabrın 29-da baş tutacaq görüşdə iştirak etmək ehtimalı var.
Raya “Nyukasl”la qarşılaşmada (2:2) çiynindən zədələndiyi üçün UEFA çempionlar liqasının Dortmund “Borussiya”sı ilə oyununu buraxıb.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta daha əvvəl qapıçının zədəsinin gözlənildiyi qədər ciddi olmadığını və əməliyyata ehtiyac duyulmadığını açıqlayıb.
Arteta hələ Rayanın start heyətində yer alıb-almayacağına qərar verməyib. Qolkiper tam hazır olmasa, onu Kepa Arrizabalaqa əvəz edəcək.