8-qat ölkə çempionu premyer liqamızın qolçusunu aldı

“Neftçi” növbəti transferini edib. Allsport.az saytı xəbər verir ki, komanda Baqali Dabo ilə müqavilə imzalayıb. O, 2 il “ağ-qaralar” üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu 9 nömrəli futbol geyimində oynayacaq.

Fransanın “İvri”, “Kretey”, “İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm “Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

Xatırladaq ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Komandamızın transfer çalışmaları davam edir.

Həmin kateqoriyadan