AFFA 2 kluba texniki məğlubiyyət verib

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, müzakirədən sonra müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-16 liqasında “Viləş” (Masallı) – “Keşlə” matçının 27-ci dəqiqəsində “Viləş”in futbolçusu Ramiz Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“İsgəndər Cavadov BFA” – “Qarabağ” matçının 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Fidayə Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 liqasında “Qəbələ” – “Səbail” matçının 57-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 59-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Elmir Hüseynli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Llqasında “Həkəri” FK (Qubadlı) – İOEUGİM (Sumqayıt) matçının 47-ci dəqiqəsində İOEUGİM klubunun futbolçusu İbrahim Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 qızlar liqasında “Dinamo” (Balakən) – UGİM (Şəki) matçında UGİM (Şəki) komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Qubek” (Balakən) – “Zaqatala” matçında “Zaqatala” komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək qızlar liqasında “Fidan” (Bakı) – “Zaqatala” matçının 70-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Hicran Əhmədova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Həmin kateqoriyadan