“Qarabağ”, yoxsa “Zirə”?

Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, bu məqsədilə püşkatma mərasimi keçirilib. Mərasimdə peşəkar futbol liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Azərbaycan kubokunun final oyunu 2 iyun tarixində “liv bona dea arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan