- Baxış sayı: 41
- 22 İyun 2026 20:50
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

İsveçrənin Nyon şəhərində UEFA-nın antidopinq üzrə təhsil seminarı keçirilib.
Allsport.az xəbər verir ki, seminarda ölkəmizi Azərbaycan milli antidopinq agentliyinin (AMADA) təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov və AFFA-nın həkimi Olcay Bayramov təmsil ediblər.
Ümumdünya antidopinq agentliyi (WADA), Avropa şurası, milli antidopinq təşkilatları İnstitutu (iNADO), beynəlxalq test agentliyi, futbol federasiyaları assosiasiyaları və milli antidopinq təşkilatlarından 100-dən çox nümayəndəni bir araya gətirən seminar təhsil vasitəsilə idmanda dürüstlüyün möhkəmləndirilməsinə qlobal öhdəlik nümayiş etdirib.
Seminar zamanı UEFA-nın antidopinq departamentinin rəhbəri Mark Vuyyamoz antidopinq səylərinin əsası kimi təhsilin həlledici rolunu vurğulayıb. Tədbirdə UEFA-nın Təhsil modelləri ətraflı nəzərdən keçirilib və antidopinq təcrübəsinin daha da təkmilləşdirilməsi üçün bu təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.