Aftandil Hacıyev: Çempionat başlayanadək, daha 2-3 futboçu ilə güclənmək niyyətindəyik

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev qış toplanışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, Antalyada mövsümün 2-ci yarısına yaxşı hazırlaşdıqlarını deyib:

“Biz mövsümün ikinci yarısına hazırlığı Bakıda başlamışdıq və diqqətimizi futbolçuların fiziki formasının formalaşmasına yönəltmişdik. Sonra isə Türkiyədə təlim-məşq toplanışına davam edərək, həmçinin taktiki və texniki təlimləri də əlavə etdik.

Türkiyədə 4 oyunun keçiriləcəyini planlaşdırmışdıq və əlavə bir oyun haqqında təlim-məşq toplanışının gedişatı zamanı razılaşdıq. 5-ci oyun əlverişsiz hava şəraiti ilə əlaqədər olaraq ləğv olundu. Bütovlükdə, bu mərhələdə hazırlığın nəticələrini qənaətbəxş adlandırmaq olar.

Futbolçuların hamısı optimal formanı yığa bilmədi, amma bizim hələ çempionatın başlanğıcına qədər bir həftəmiz var və buna hazır olacağıq. Həmçinin çempionatın başlanğıcına qədər iki və ya üç futboçu ilə müqavilə imzalamağı planlaşdırırıq”.

Həmin kateqoriyadan