APOEL paytaxtımıza 20 futbolçu ilə yollanacaq

Avropa liqasının “A” qrupunun 3-cü turunda “Qarabağ”ın qonağı olacaq APOEL Bakıya səfər edəcək. Allsport.az saytı xəbər verir ki, səhər 11:00-da çarter reysi ilə yola düşəcək Kipr klubu paytaxtımıza saat 13:20-də çatması gözlənilir. APOEL Bakıya 20 futbolçu ilə yollanacaq:

12. Dmitrios Priniotaki (q), 27. Vid Beltes (q), 35. Boy Vaterman (q), 6. Savvas Gentsoqlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 9. Linus Hallenius, 11. Musa Əl-Taamari, 14. Uroş Matiç, 17. Antonio Yakoliş, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolos Yannu, 46. Efstatios Aloneftis, 89. Roman Bezyak, 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç, 95. Alef dos Santos.

Xatırladaq ki, görüş oktyabrın 24-də Tofiq Bəhramov adına respublika stadionunda saat 20:55-də başlayacaq.

Həmin kateqoriyadan