APOEL – “Qarabağ” oyununun hakimləri

Avropa liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL – “Qarabağ” oyunu üçün təyinatlar açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA qarşılaşmanı avstriyalı hakimlər briqadasına həvalə edib.

Oyunu Manuel Şüttenqruber idarə edəcək. Ona Roland Brandner və Robert Steynaxer kömək edəcək. Dördüncü hakim funksiyasını Kristofer Yager yerinə yetirəcək. Hakimlərin işinə yunanıstanlı Georgios Bikas qiymət verəcək. UEFA nümayəndəsi isə Ariel Kennet Şeyman (İsrail) olacaq.

Noyabrın 7-də Nikosiyadakı GSP stadionunda keçiriləcək APOEL – “Qarabağ” görüşü saat 21:55-də start götürəcək.

Həmin kateqoriyadan