“Araz-Naxçıvan” Premyer liqada çıxışını dayandırdı

Ölkə çempionatının debütantı olan “Araz-Naxçıvan” bu gündən etibarən fəaliyyətini dayandırıb. Allsport.az xəbər verir ki, adı çəkilən məlumatı klubun rəsmi saytı açıqlayıb.

Xəbərlə bağlı geniş məlumat hələ açıqlanmır. Əyalət təmsilçisinin Premyer liqada mübarizəni yarımçıq dayandırnası, cox güman, uğursuz çıxışla bağlıdır. 10 matçda cəmi 4 xal toplayan naxçıvanlılar, ardıcıl 9 matçdır qələbə qazana bilmir.

Son turun “Qarabağ”la oyununda 0:4 hesablı məğlubiyyət, bu “qara zolağ”da sonuncu olub.

 

Həmin kateqoriyadan