“Neftçi” müntəzəm mövsümü qələbə ilə bitirib

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) 18-ci turunda “Neftçi” meydan sahiblərinə 73:69 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, bu qələbə ilə “ağ-qaralar” müntəzəm mövsümü 5-ci pillədə tamamlayıb və pley-ofda “Xırdalan”nın rəqibi olub.

Bu rəqabəti 6-cı sırada bitirmiş “Sərhədçi” bövbəti mərhələdə “Xəzri” klubu ilə qarşılaşacaq. Meydan sahiblərindən Kaleb Hanter (20 xal, 11 götürmə), “Neftçi”də Ceyms Haforn (22 xal, 9 götürmə) fərqləniblər.

Azərbaycan basketbol liqasında pley-off oyunları may ayında start götürəcək.

Həmin kateqoriyadan