“Arsenal” – “Qarabağ” matçının baş hakimi kimdir?

Avropa liqasının “E” qrupunun 6-cı turunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununu təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki,
ingilislərlə görüşü Danimarkadan olan baş hakim Yens Qrabski Moye idarə edəcək.

Avropa liqası
Qrup mərhələsi, 6-cı tur

13 dekabr

21:00 Arsenal – Qarabağ
Baş hakim: Yens Qrabski Moye
Yan xətt hakimləri: Lars Hummelqaard, Heyne Sorensen
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerg Burxardt, Morten Kroq
Altıncı hakim: Yesper Dahl (hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbyörn Oskarsson (Finlandiya)
London. “Emireyts” stadionu.

Həmin kateqoriyadan