Azərbaycan millisi kapitansız qaldı

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası daha bir itki ilə üzləşib.

Allsport.az xəbər verir ki, kapitan Rəşad Sadıqov məşqdə zədələndiyi üçün millinin düşərgəsini tərk etməli olub və Moldova komandası ilə oyunda iştirak etməyəcək.

Xatırladaq ki, daha öncə Dmitri Nazarov zədə ucbatından millinin toplanışına qatıla bilməmişdi.

Həmin kateqoriyadan