“Azərsun arena”da yox, “Tofiq Bəhramov”da olacaq

“Qarabağ”ın Topaz premyer liqasının 15-ci turunda “Neftçi”yə qarşı oyun ərəfəsində açıq məşqinin məkanı dəyişib. Allsport.az saytı xəbər verir ki, hazırlıq yanvarın 31-də saat 15:30-da Tofiq Bəhramov adına respublika stadionunda olacaq. 

Daha əvvəl məşqin “Azərsun arena”da keçiriləcəyi açıqlanmışdı. Məkan dəyişikliyi görüşün mərkəzi stadionunda olacağı ilə əlaqələndirilib. 

Açıq məşqin ilk yarım saatı ərzində baş məşqçi Qurban Qurbanov və futbolçuların brifinq keçirmələri gözlənilir.

Həmin kateqoriyadan