Bəhreyn millisinin 6 futbolçusu heyətdən çıxarıldı

Bəhreyn millisinin Azərbaycanla yoldaşlıq matçı və İranla DÇ-2022-nin seçmə oyunu ərəfəsində 30 futbolçudan ibarət ilkin siyahısında dəyişiklik edilib.

Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Helio Sousa 6 oyunçunu heyətdən çıxarıb.

Müdafiəçilər Səyid Məhəmməd Adnan və Raşid Əl Houti (hər ikisi “Əl-Hidd”), qapıçı Mahbub Yəhya (“Budaiya”) yarımmüdafiəçilər Əhməd Musa, İsa Əli Cihad (hər ikisi “Manama”) və hücumçu Sami Əl-Husayni (“East Riffa”) portuqaliyalı mütəxəssisə lazım olmayıb. 

Qeyd edək ki, oktyabrın 9-da Ər-Rifa şəhərində keçiriləcək Bəhreyn – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv oktyabrın 13-də səfərdə AVRO-2020-nin seçmə mərhələ oyununa çıxacaq. Bəhreyn isə oktyabrın 15-də İranı qəbul edəcək. 

Həmin kateqoriyadan