“Leo bizimlə olmayanda daha da güclü olmalıyıq”

“Liverpul” və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister zədə səbəbindən mart ayında keçirilən yoldaşlıq görüşlərini buraxan milli komandanın lideri Lionel Messisiz oynamağın necə bir şey olduğunu danışıb.

Allsport.az xəbər verir ki, o, Messinin komanda üçün necə vacib olduğunu vurğulayıb:

“Biz həmişə komanda işinə böyük əhəmiyyət veririk. Başa düşürük ki, Leo bizimlə olmayanda daha da güclü olmalıyıq, çünki meydanda nəsə səhv olarsa, bizi xilas edəcək oyunçu olmayacaq.

Bilirik ki, Leo meydanda olanda rəqiblər bizdən bir az daha qorxacaqlar. Amma Avropanın “top” klublarında çıxış edən futbolçularımız var. Rəqiblər isə Argentinaya qarşı oynamalı olduqlarını görəndə anlayırlar ki, onları çətin qarşılaşma gözləyir. Və bu bizim xeyrimizədir. Rəqiblərimizin çətin gün keçirməsi üçün əlimizdən gələni etmək istəyirik”.

Həmin kateqoriyadan