Kamerun yığmasında yeni çalışdırıcı

Mark Bris Kamerun millisinin yeni baş məşqçisi olub.

Allsport.az xəbər verir ki, belçikalı mütəxəssisin təyinatını ölkənin idman nazirliyi açıqlayıb. 61 yaşlı çalışdırıcıya Joakim Mununqa və Cannis Xylouris kömək edəcək. Müqavilənin şərtləri açıqlanmayıb.

Bris, Afrika millətlər kubokunun 1/8 finalında finalçı Nigeriya ilə (0:2) mübarizədən kənarlaşdırıldıqdan sonra fevralın sonunda istefaya göndərilən Kamerun komandasının sükanı arxasında Riqobert Sonnqanı əvəz etdi.

Həmin kateqoriyadan