“Bəzi KİV müxtəlif futbolçuların “Neftçi” ilə anlaşdığı haqda dezinformasiyalar yayır”

“Neftçi” klubun transfer siyasəti ilə bağlı son xəbərlərə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” bununla bağlı bəyanatla çıxış edib:

“Son vaxtlar kütləvi informasiya vasitələrində “Neftçi”nin transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir. Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların “Neftçi” ilə anlaşdığı haqda dezinformasiyalar yayır.

“Neftçi” tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.

Həmin kateqoriyadan