“Baksell arena” təmirə bağlanıb

Bu gündən “8-ci km” stadionu ot örtüyünün yenilənməsi ilə əlaqədar təmirə bağlanacaq.

Allsport.az saytı xəbər verir ki, hazırkı zəmidə son görüş AFFA – “Aqro Sport” şirkətinin (arenanın ot örtüyünə xidmət göstərən qurum) və “Neftçi”nin əməkdaşlarından təşkil olunmuş komandalar arasında keçirilib.

Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Beynəlxalq ənənəyə əsasən, stadionun ot örtüyü yenilənməzdən əvvəl köhnəsi üzərində son oyun həmin arenaya aidiyyatı olan qurumların əməkdaşları arasında keçirilir.

Həmin kateqoriyadan