Baqali Dabo: İstənilən ön mövqedə oynamağa qadirəm

Neftçi”nin hücumçusu Baqali Dabo açıqlama verib. Allsport.az saytı xəbər verir ki, Antalya toplanışını dəyərləndirən fransız futbolçu komandaya fayda vermək üçün əlindən gələni etdiyini bildirib:

“Toplanış normal keçdi. Çox yaxşı hazırlaşdıq. Bu gün son yoxlama oyunumuza çıxacağıq. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağam.

Məşqçi hansı mövqeyə təyin etsə – istər cinahlarda, istər də hücumda oynamağa hazıram. Önəmli olan meydana çıxmağımdır. Meydanda olanda komandaya fayda vermək üçün əlimdən gələni edirəm”.

Həmin kateqoriyadan