Baş katibdən etiraf: 17 məşqçi ilə danışıq aparmışıq

“Baş məşqçi məsələsinə AFFA İcraiyyə Komitəsi baxır. Bu barədə istənilən qərarı da onlar qəbul edirlər”. Allsport.az saytı futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözü Elxan Məmmədov deyib. AFFA-nın baş katibi hazırda yeni məşqçi axtarışlarını davam etdiyini bildirib:

“Hazırda bir neçə məşqçi ilə danışıqlar gedir. Lakin bu, danışıqların ilk mərhələsidir. Bəli, Prosineçki ilə görüşümüz olub. Ondan başqa 16 məşqçiylə də danışığımız reallaşıb. Milli komandamızın baş məşqçisi olacaq mütəxəssisdən ilk tələbimiz odur ki, Azərbaycanda yaşasın. İlin sonuna kimi bu məsələ həll olunmalıdır. AFFA-nın İcraiyyə Komitəsindən heç kim nə Qurban Qurbanovun, nə də hər başqa yerli məşqçinin namizədliyini irəli sürməyib”.

Baş katibi sabah millimizdən uğur gözlədiklərini qeyd edib: “Çox vacib oyundur. Təəssüf ki, üç qarşılaşmadan sonra aktivimizdə xal yoxdur. Sabah milli komandamız meydana yalnız qələbə üçün çıxacaq. İnanırıq ki, komandamız bizi sevindirəcək. Üçüncü yeri tutmaq istəyiriksə, qələbə vacibdir”.

Həmin kateqoriyadan