Başı bəlalı “Neftçi” öz bazasında “qırmızı-qaralar”a uduzub

Premyer liqada yaranan fasilədən faydalanan “Neftçi” və “Qəbələ” yoxlama matçına çıxıblar. Allsport.az saytı xəbər verir ki, tərəflər Bakı klubunun Bakıxanovdakı İsmət Qayıbov adına təlim-məşq bazasında üz-üzə gəliblər.
Oyun bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. “Qırmızı-qaralar”dan Elvin Məmmədov və Famoussa Kone, “ağ-qaralar”dan Mirabdulla Abbasov fərqlənib.

Həmin kateqoriyadan