Bayraqdar “Zirə” ilə oyuna əsas qapıçısız çıxacaq

“Neftçi”nin əsas qapıçısı Səlahət Ağayev zədələnib. Allsport.az saytı xəbər verir ki, təcrübəli qolkiper “Zirə” ilə oyun öncəsi məşqdə qasıq nahiyəsindən zədə alıb.

Hazırda müayinə olunan milli üzvünün zədəsinin ciddiliyi yaxın günlərdə dəqiqləşəcək. Onun bu gün “qartallar”la keçiriləcək qarşılaşmanı buraxacağı dəqiqdir.

Digər zədəli futbolçu Elnur Cəfərovun da adı sözü gedən matçın iştirak ərizəsinə salınmayacaq.

Həmin kateqoriyadan