VİDEO
Britaniya kraliçasını məftun edən Qarabağ atları

London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən kral Vindzor at əyləncəsinin final mərhələsində Azərbaycanın “Qarabağ” cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı kraliça II Yelizaveta qarşısında çıxış ediblər.

Allsport.az saytı xəbər verir ki. mayın 11-15-də keçirilən bu məftunedici şou kraliçanın 90 illik yubileyinə həsr olunub. Tamaşa ərzində auditoriyanı ovsunlayan Qarabağ atları kraliça II Yelizavetaya da yaxşı təəssürat bağışlayıb. Atlara xüsusi rəğbət bəsləyən əlahəzrət kraliça atların gözəlliyini və çaparların mükəmməl bacarıqlarını yüksək qiymətləndirib.

Həmin kateqoriyadan