Cavadov Türkiyədə növbəti qolunu Məhərrəmovun komandasına vurdu

Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası – “Boluspor” doğma meydanda digər azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun “Adanaspor”u qəbul edib.

Cəmşid bu oyunda sonadək ehtiyatda qalıb. Vaqif isə matçın 81-ci dəqiqəsində meydana daxil olub. Qarşılaşma 3:1 hesabıyla Cavadovun komandasının xeyrinə başa çatıb. Oyunda son nöqtəni də elə 90+3-cü dəqiqədə fərqlənən Vaqif qoyub.

Qeyd edək ki, “Boluspor” hazırda 35 xalla 12-ci, “Adanaspor” isə eyni xalla 14-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan