“Tək səslilər” sevindi, Coşqun oynamadı

Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” Türkiyə 1-ci liqasının 17-ci turuna çıxıb.

Allsport.az xəbər verir ki, “tək səslilər” öz meydanında “Girəsinspor”a 2:1 qalib gəlib.

Millimizin futbolçusu 4 sarı vərəqə həddini aşdığəndan, bu oyunda komandasına kömək edə bilməyib.

Bu qələbədən sonra ümraniyəlilər turnir cədvəlinin 9-cü pilləsinə yüksəliblər. Diniyevin komandasının hesabında 22 xal var.

Həmin kateqoriyadan