Ramilin debütündə cəzalandı, komandası qələbəyə sevindi

Millimizin üzvü Ramil Şeydayev “Qocaəlispor”da ilk oyununa çıxıb.

Allsport.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasının 20-ci turunda “Altay”a qarşı oyunda start heyətində yer alıb və komandası 2:0 hesabı ilə qələbə qazanıb. Şeydayev 72 dəqiqə meydanda olub. O, 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Qocaəlispor” 39 xalla 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan