“Çelsi” – “Qarabağ” matçını yunanıstanlı hakimlər briqadası idarə edəcək

Çempionlar liqasının qrupunda “Çelsi” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, oyunu yunanıstanlı ədalət təmsilçiləri idarə edəcək.

Anastasios Sidiropoulos baş refedirdir. Ona Polixronis Kostaras və Lazaros Dimitriadis kömək edəcəklər. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcəklər.

Altıncı fit sahibi Damianos Efthimiadis olacaq. Xatırladaq ki, bu komandalar arasında görüş sentyabrın 12-sində saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan