Con Delarj “Qarabağ”ın düşərgəsindən uzaqlaşdırılaraq, paytaxta əvəzedici heyətə göndərilib

“Qarabağ”ın futbolçusu Con Delarj əsas heyətdən uzaqlaşdırılıb.

Allsport.az saytı xəbər verir ki, dünən Qurban Qurbanov “Uypeşt”lə yoxlama görüşündən sonra, konqolu yarımmüdafiəçini qeyri-müəyyən müddətə komandadan uzaqlaşdırıb. Oyun səviyyəsi və intizamı təcrübəli mütəxəssisi narazı salıb.

Bu gün legionçu Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb. O, Azər Məmmədovun çalışdırdığı əvəzedici heyətlə məşqlərə başlamalıdır. Demək, Con Delarj transfer bazarına çıxarılıb.

Həmin kateqoriyadan