“Daha yaxşı büdcəyə malik olsaq, gələcəkdə bundan da yaxşı nəticələr göstərə bilərik”

“Möhtəşəm futbol gecəsi yaşadıq. Yenə bol qollu oyun izlədik. Hətta deyərdim ki, bu oyun daha maraqlı alındı. Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə sahibdir. Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm. Xırda səhvlərə yol verməsəydik, mərhələni keçən tərəf biz ola bilərdik”.

Allsport.az saytı xəbər verir ki, bu fikri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransında deyib. O, qitə liqasının ilk ələməsində Krayovada “Universitatea”ya 2:3 hesabı ilə uduzduqları cavab görüşünə belə şərh verib:

“Ötən heyətimizin 60 faizi dəyişib. Yeni oyunçuları hazırlığın sonlarında cəlb etdik. Yoxlama oyunlarında qol vura bilməməyimiz də buna görə idi. Gec komplektləşmə nəticəyə təsirini göstərdi. Sabit büdcəmiz var, bunun daxilində seleksiya aparırıq.

Komandamızın güclənməyə ehtiyacı var. Daha yaxşı büdcəyə malik olsaq, gələcəkdə bundan da yaxşı nəticələr göstərə bilərik. Bu, bizim üçün böyük təcrübədir. Gələcəkdə daha münasib rəqiblər bizə düşsə, bu təcrübənin bəhrəsini görə bilərik”.

Həmin kateqoriyadan