DİN Emil Balayevin törətdiyi qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) “Qarabağ” futbol klubunun qapıçısı Emil Balayevin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Allsport.az saytı xəbər verir ki, nazirlikdən verilən məlumatda bunlar qeyd olunub:

“Dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi “BMW” və Əbdülbağı Bağırovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Əbdülbağı Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdiriliblər. Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”.

Həmin kateqoriyadan