«Dinamo-Sinara» qalib gəldi, həndbolçumuz 1 dəfə fərqləndi

Qadın həndbolçular arasında Rusiya Super liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Katerina Peçenin çıxış etdiyi «Dinamo-Sinara» doğma divarlar arasında Krasnodarın «Kuban» klubu ilə görüşüb.

Matç Volqaqrad təmsilçisinin qələbəsi ilə bitib – 34:27 (17:14). Bu qarşılaşmada həndbolçumuz 1 dəfə fərqlənib. Hazırda 13 matçdan sonra «ağ-göylər» 22 xalla 1-ci yerdədir.

Sabah bu komandalar ölkə kubokunun 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Həmin kateqoriyadan