3×3 basketbol turnirinin qalibləri

Aprelin 27-28-də dövlət qurumları arasında 3×3 basketbol turniri keçirilib.

Allsport.az xəbər verir ki, yarışda 12 dövlət qurumu təmsil olunub.

Gənclər və idman nazirliyinin həyətində xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında Azərbaycan hava yolları, SOCAR və gənclər və idman nazirliyi fərqləniblər.

Kişilərin yarışında isə fövqəladə hallar nazirliyi birinci olub. Dövlət gömrük komitəsi və Azərbaycan hava yolları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Həmin kateqoriyadan