Dmitri Nəzərovun komandası doğma meydanda “Ştuttqart”a uduzub

Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Ştuttqart”la qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda yenilib (0:4). Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz görüşün 82-ci dəqiqəsində əvəzlənib. O, 18-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Ağ-bənövşəlilər” 15 turdan sonra 11 xalla 18 klub arasında 17-ci pillədədir.

Həmin kateqoriyadan