Dmitri Nəzərovun komandası “Yunion Berlin”ə uduzub

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Yunion Berlin”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçdan məğlub olub – 1:3. Yarımmüdafiəçimiz görüşün 83-cü dəqiqəsində meydana buraxılıb. “Ersgebirge” 10 turdan sonra 10 xalla 18 klub arasında 14-cü sıradadır.

Həmin kateqoriyadan