Eddi İsrafilov Fransa klubu üzərində qələbəyə sevindi

İspaniyanın “Eybar” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası Fransanın “Tuluza” klubu ilə üz-üzə gəlib.

Görüş İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Eddi bu oyuna start heyətdə çıxıb, 56-cı dəqiqədə, komandası 1:0 öndə olarkən əvəzlənib. 41-ci dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.

Həmin kateqoriyadan