Elşad Əhmədov: Deməzdim ki, bu, intizamsızlığın göstəricisidir

“Sabah” premyer liqanın 16-cı turunda evdə “Qəbələ”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında debütantın baş məşqçisi Elşad Əhmədov bunu deyib:

“Artıq ikinci oyundu meydanda azlıqda qalırıq. Deməzdim ki, bu, intizamsızlığın göstəricisidir. Futbolda belə şeylər olur. Komanda keçən oyunda olduğu kimi, bu qarşılşamada da azlıqda qalsa da, sona kimi vuruşdu.

“Qəbələ” kimi komandaya qarşı meydanda 10 nəfər qalmalarına baxmayaraq, bu cür mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan