Elxan Məmmədovla futbolun gələcəyi “parlaqdır”: U-21 millimiz sudanlı həmyaşıdlarına 1:4 uduzub

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Sudanın U-20 komandası ilə yoldaşlıq oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, görüş rəqibin 4:1 üstünlüyü ilə yekunlaşıb.

Komandamızın yeganə qolunu Ramil Həsənov vurub. 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.

Azərbaycan – Sudan qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyiblər.

Həmin kateqoriyadan